Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək

469
Lazare Qriqoriadis bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək
Dinləmək üçün basın

Vəkilin sözlərinə görə, polis əməkdaşlarının sağlamlığına zərər vurmaq və dövlət əmlakını məhv etməkdə təqsirli bilinən Lazare Qriqoriadis bu gün Qldani cəzaçəkmə müəssisəsini tərk edəcək. InterPress.ge xəbər verir ki…

Vəkilin sözlərinə görə, polis əməkdaşlarının sağlamlığına zərər vurmaq və dövlət əmlakını məhv etməkdə təqsirli bilinən Lazare Qriqoriadis bu gün Qldani cəzaçəkmə müəssisəsini tərk edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Lazare Qriqoriadisin vəkili Lika Bitadze məlumat verib.

Vəkil izah edib ki, hökmün qətnamə hissəsi artıq məhkəmədən müdafiə tərəfinə verilib, onlar bir neçə dəqiqədən sonra prezident Salome Zurabişvilinin administrasiyasına gedəcəklər. Müvafiq prosedurlardan keçdikdən sonra prezident tərəfindən əfv fərmanı imzalandıqdan sonra sənədlər cəzaçəkmə müəssisəsinə göndəriləcək, bundan sonra Lazare Qriqoriadis həbsxananı tərk edəcək.

Məlumat üçün bildirək ki, mart aksiyalarında polis əməkdaşlarının sağlamlığına zərər vurmaqda və dövlət əmlakını dağıdmaqda ittiham edilərək həbs edilən 21 yaşlı Lazare Qriqoriadis aprelin 12-də Tbilisi şəhər məhkəməsi tərəfindən təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Hakim Zviad Şaradze Lazare Qriqoriadisi həm polisin sağlamlığına zərər vurmaqda, həm də dövlət əmlakını məhv etməkdə təqsirli bilib.
Gürcüstan prezidenti Salome Zurabişvili aprelin 12-də Lazare Qriqoriadisi əfv etmək barədə qərar qəbul etdiyini açıqlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →