Petras Austreviçus: "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi Gürcüstanın namizəd statusuna ziddir
"Bu, əslində Avropa təcrübəsi deyil, biz Gürcüstandan bunu tələb etməmişik, ona görə də bu, irəliyə doğru addımlamaq üçün Avropa yolu deyil. Bu, Gürcüstanın namizəd statusuna ziddir, ölkənin Avropa yolunu təhdid edir".
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Petras Austreviçus Gürcüstan parlamentində təşəbbüsü irəli sürülən “Xarici təsirin şəffaflığı” qanun layihəsi məsələsinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti sözügedən qanun layihəsinin qəbulunu Avropa təcrübəsi kimi təqdim etməyə çalışır.
"Bu yanlışdır, AB “Gürcü Arzusu"nun qeyri-hökumət təşkilatlarını idarə etməyə çalışdığı kimi idarə etmir".
“Gürcü Arzusu” rus qanununu qəbul edərsə, nə baş verəcək və beynəlxalq ictimaiyyətin reaksiyası necə olacaq sualına Avropa Parlamentinin deputatı belə cavab verib:
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi namizəd statusunu saxlamaq üçün Gürcüstanın atması tələb olunan doqquz addımdan ən azı ikisinə qarşıdır. Deməli, bu, Gürcüstanın Avropa Birliyinə gedən yolunda çox ciddi maneədir”, - Avropa Parlamentinin deputatı bildirib.
Qeyd edək ki, deputatlar “Axali” partiyasının lideri Nika Qvaramiya ilə birgə brifinq keçiriblər.


