23 
Apr
2024
15:33
205

Avropalı deputat: Gürcüstanı rus modelinə uyğun dəyişmək istəyənlərə qarşı tez bir zamanda sanksiyalar tətbiq etməliyik

"Biz diqqəti Gürcüstanda şəffaf seçkilərə və onun ətrafındakı hüquqi bazaya yönəltməliyik, baxmayaraq ki, bu, asan deyil".

InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Viola fon Kramon Strasburqda keçirilən mətbuat konfransında bildirib.

O, Gürcüstan parlamentində irəli sürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini tənqid edib və bunun vətəndaş cəmiyyətinə qarşı yönəldiyini bildirib.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin hədəfi o qeyri-hökumət təşkilatlarıdır ki, seçkilərin müşahidəsini dəstəkləyirdilər, qanun pozuntularına etiraz edirdilər və s. İkincisi, İvanişviliyə qarşı irəli sürülən ittihamlar sanksiyalara səbəb olarsa, İvanişvilinin ofşordakı aktivlərini və pullarını repatriasiya etmək üçün aləti olmalıdır - keçən həftə səsə qoyulan digər qanun da bunu nəzərdə tutur. Nə edə bilərik? Hesab edirəm ki, biz mümkün qədər tez sanksiyalar tətbiq etməliyik ki, bu sanksiyalar Gürcüstanı başqa cür transformasiya etmək və onu Rusiya modeli üzrə transformasiya edib qurmaq istəyənlərə qarşı yönəlsin – bu, qəbuledilməzdir. “Gürcü Arzusu” bizi axmaq yerinə qoymamalıdır. Gürcüstanın baş naziri Berlinə səfəri zamanı kanslerin tənqidinə dözə bilməyib və tərcüməçini mətni səhv tərcümə etməkdə ittiham edib. Demək istəyirəm ki, biz peşəkarıq, baş verənləri bilirik, Gürcüstanda baş verənləri çox, çox diqqətlə izləyirik və “Gürcü Arzusu” nə qədər çalışsa da, bizi axmaq yerinə qoya bilməz. Biz həmrəyik və Gürcüstanın Avropa yolunda davam etməsini dəstəkləyəcəyik", - Avropa Parlamentinin deputatı bildirib.

 “Gürcü Arzusu” rus qanununu qəbul edərsə, nə baş verəcək və beynəlxalq ictimaiyyətin reaksiyası necə olacaq sualına Avropa Parlamentinin deputatı belə cavab verib:

"Bu qanun geri götürülməsə, Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlamaq şansı qalmayacaq. Demək istədiyim odur ki, belə bir qanunla Avropa dəyərlərinə zidd addım atıb, sonra qoşulmağı tələb etmək olmaz, məncə, mümkün deyil. Ona görə də mən namizəd statusunun geti götürülməsini xahiş edərdim”, - Viola fon Kramon bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər