22 
Apr
2024
18:05
264

Səhiyyə nazirinin yeni müavinləri təyin edilib

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladzenin yeni müavinləri təyin edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, səhiyyə nazirinin yeni müavinləri Tea Qiorqadze, İrine Cakadze və Qiorqi Pataridzedir.  Artıq onlar öz vəzifələrinə başlayıblar.

Nazirlikdən verilən məlumata görə, Tea Qiorqadze “Tərəfdaşlıq Fondu”nun tibbi məsləhətçisi olub. Qiorqadze müxtəlif illərdə Səhiyyə Nazirliyində bir sıra vəzifələrdə çalışıb.

Təyin edilmiş digər müavin İrine Cakadze əvvəl Ədliyyə Nazirliyində hüquq-mühafizə idarəsinin rəisi vəzifəsində çalışıb. Onun dövlət qurumunda böyük iş təcrübəsi mövcuddur.

Qiorqi Pataridze isə 2021-ci ilə qədər Ədliyyə Nazirliyinin “Xüsusi Penitensiar Xidmət”in baş direktoru vəzifəsində çalışıb. Bundan əvvəl o, ədliyyə nazirinin müavini olub. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər