21 
Apr
2024
19:40
599

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində COP29-la bağlı görüş keçirilib

Qardabanidə fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin növbəti görüşü COP29 mövzusuna həsr olunub.

InterPress.ge xəbər verir ki, görüşü mərkəzin  direktoru Çiçək Hüseynova açaraq iştirak eden gənclərə COP və COP29 haqqında geniş məlumat verib.

O qeyd edib ki, COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunurlar.

Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Qərb ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir.  Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir və  konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilmişdir, ki növbəti, COP29 olaraq adlandırılacaq konfrans isə 2024-cü ilin 11-24 Noyabr tarixlərində Bakı şəhərində keçirilsin.

Bu konfransın Azərbaycanda keçirməsinin həmiyyəti haqqında danışan Çiçək Hüseynova vurğulayıb, ki hər şeydən öncə belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi tarixi hadisədir. Azərbaycan müstəqillik tarixində ilk dəfə belə bir tədbirə ev sahibliyi edəcək. Bakıya gələn qonaqlar təkcə dünyanın iqlim problemlərini müzakirə etməyəcək, həm də Azərbaycanı yaxından tanıyacaqlar. Bu tədbir ölkənin iqtisadi-mədəni həyatına da çöx böyük töhfə verəcək.


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər