19 
Apr
2024
09:57
313

Marqvelaşvili: "Gürcü Arzusu" bu qanunu qəbul edərsə, cavabını alacaq

"Güman etmirəm ki, “Gürcü Arzusu” bu qanunu geri götürəcək, qanunu qəbul edəcək və müvafiq cavab alacaq, cavab onlardan qurtulmaq olacaq”

İnterPress.ge xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili jurnalistlərə bildirib. 

“Hər şey təbii şəkildə inkişaf edir. Bu prosesin arxasında valideynlərimizin, gürcü tarixinin bizə qoyduğu şeylər dayanır. Biz azadlıqsevər xalqıq. Özünü köləlikdə deyil, azadlıqda görən millətik və bu azadlıq Avropadadır. Biz rus əsarətini qəbul edə bilmərik.

“Gürcü Arzusu”nun bu qanunu geri götürəcəyini düşünmürəm. O, qanunu qəbul edəcək və cavabını alacaq. Cavab onlardan qurtulmaq, Rusiya qüvvələrindən qurtulmaq olacaq”, - Giorgi Marqvelaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər