Şalva Papuaşvili: Aksiyalar bizə xalqın qanun layihəsinə dəstəyini göstərdi
"Biz başqalarının fikri ilə deyil, ilk növbədə gürcü xalqının maraqları əsasında hərəkət edirik".
InterPress.ge-nin məlumatına görə, bunu Parlament sədri Şalva Papuaşvili bəyan edib.
Papuaşvilinin fikrincə, gürcü xalqının iradəsi çoxluq üçün həlledicidir və bu, avtomatik olaraq bu halda başqalarının fikrinin həlledici olmadığını deməyə əsas verir.
"Əgər biz ancaq avtoritetlərə csöykənsəydik, o zaman gürcü xalqı üçün fəlakət olacaq sanksiyalar tətbiq etməliydik, Mixail Saakaşvilini azad etməliydik, eyni avtoritetlər bizi buna itələdi. Biz avtoritetlərin dediklərini deyil, sağlam, ağlabatan mühakimə nəticəsində gürcü xalqı üçün nəyin doğru olduğunu izlədik və izləyəcəyik”, - Papuaşvili bildirib.
Bundan əlavə, o, Gürcüstan parlamenti yaxınlığında keçirilən aksiyalardan danışıb və qeyd edib ki, keçirilən aksiyalar insanların bu qanun layihəsini dəstəklədiyini göstərir.
“Bu günlər həm də bizə bu qanuna ehtiyac olduğunu, ikincisi, insanların bu qanuna dəstəyini göstərdi. Məhz bu hərəkətlər bizə xalqın bu qanun layihəsini dəstəklədiyini göstərdi. Ona görə də təbii ki, Gürcüstan parlamenti bu qanunun müzakirəsini davam etdirəcək”, - Papuaşvili bildirib.


