18 
Apr
2024
14:17
278

Prezident qadınlar üçün kvotanın ləğvini nəzərdə tutan qanun layihəsinə veto qoyub

Gürcüstan prezidenti Salome Zurabişvili Seçki Məcəlləsinə planlaşdırılan dəyişikliklərə veto qoyub, ona əsasən 2024-cü ildə keçiriləcək parlament seçkilərində qadın kvotalarının məcburi qaydası ləğv edilir.

InterPress.ge xəbər verir ki, artıq prezidentin əsaslandırılmış fikirləri Parlamentə göndərilib.

Mövcud seçki məcəlləsinə görə, parlament seçkilərində iştirak etmək istəyən bütün siyasi partiyalar MSK-ya ən azı hər dördüncü şəxsin qadın olduğu siyahı təqdim etməyə borcludurlar.

“Gürcüstan prezidenti dəfələrlə bəyan edib ki, Gürcüstanın Avropa yoluna zidd olan bütün qanunlara veto qoyacaq. Gender kvotalarının ləğvi Gürcüstanın Avropaya inteqrasiya yolunda daha bir geri addımdır, çünki gender kvotaları məsələsi Avropa Komissiyasının müəyyən etdiyi 12 bəndlik planın 9-cu bəndinin bir hissəsi idi və Avropa Komissiyası bunu yerinə yetirilmiş hesab edib", - deyə Prezidentin mətbuat xidməti bildirib.

Parlamentin aprelin 4-də keçirilən iclasında 85 deputat qadın kvotasının ləğvini dəstəkləyib, 22 deputat əleyhinə çıxış edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər