17 
Apr
2024
16:57
281

Marneulidə "rus qanununa yox" şüarı ilə aksiya keçirilib

Marneulidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz əlaməti olaraq keçirilən aksiya başa çatıb.

InterPress.ge xəbər verir ki, etiraz aksiyası stadion ərazisində başlayıb və Meriya qarşısında başa çatıb.

Etirazçılar əllərində pankart qaldırıblar və "rus qanununa yox" şüarları səsləndiriblər. 

Aksiya ilə əlaqədar Meriya qarşısına çox sayda polis əməkdaşları səfərbər olunub.

Aksiya Gürcüstanın himni ilə sonlandırılıb.

Qeyd edək ki, "Gürcü Arzusu"nun təşəbbüsü ilə irəli sürülən qanun layihəsi qəbul olunarsa, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməli olacaq. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.

Bizimlə əlaqə saxlayın