16 
Apr
2024
23:24
354

Prezident: Hakimiyyətin əhalinin istəklərinə zidd olaraq və tərəfdaşlarının etirazına baxmayaraq, bu qanunu qəbul etməkdə israr etməsi birbaşa təxribatdır

"Hakimiyyətin əhalinin istəklərinə zidd olaraq və tərəfdaşlarının etirazına baxmayaraq, bu qanunu qəbul etməkdə israr etməsi birbaşa təxribatdır"

InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili parlamentin yaxınlığında davam edən aksiyaya belə münasibət bildirib.

O, hakimiyyətin fəaliyyətini Rusiyanın sabitliyi pozmaq strategiyası kimi qiymətləndirib.

“Tbilisidə rus qanununa qarşı kütləvi etiraz aksiyasının ikinci günüdür. hakimiyyətin əhalinin iradəsinə zidd olaraq və tərəfdaşlarının etirazlarına baxmayaraq, bu qanunu qəbul etməkdə israr etməsi birbaşa təxribatdır - Rusiyanın sabitliyi pozmaq strategiyasıdır", - prezident bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər