16 
Apr
2024
15:20
353

Kaxa Kaladze: “Gürcü Arzusu” siyasəti məhz ölkədə sülhün təmin olunmasına yönəlib

Paytaxtın meri Kaxa Kaladzenin sözlərinə görə, ölkədə sülhün qorunmasının alternativi yoxdur.

InterPress.ge xəbər verir ki, o, bu barədə mətbuata danışıb.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, "İqtisadiyyat və Sülh İnstitutu" (IEP) beynəlxalq analitik mərkəzinin dərc etdiyi araşdırmaya görə, müsbət sülh indeksinə görə Gürcüstanın 50 ən yaxşı ölkə sırasında olması "Gürcü Arzusu" sayəsindədir.

"Bizim siyasətimiz məhz ölkədə əmin-amanlığın təmin olunmasına yönəlib. Siz bütün dünyada, regionda nələrin baş verdiyini, geosiyasi vəziyyətin nə qədər gərgin və mürəkkəb olduğunu görürsünüz. Ona görə də “Gürcü Arzusu”nun seçdiyi praqmatik siyasət ölkəmiz və gələcəyimiz üçün həyati əhəmiyyət kəsb edir.

Sülhün alternativi yoxdur, baxmayaraq ki, bu gün Avropa Parlamentinin deputatları və şəffaflıq qanununu tənqid edənlərin hamısı bizi sanksiyalara qoşulmağa, ikinci cəbhə açmağa və s. çağırırdılar. Siyasi mənsubiyyətindən asılı olmayaraq bu ölkədə yaşayan hər kəs üçün sülhün qorunması hər şeydən vacibdir. Məhz bu sülhlə biz ölkəni inkişaf etdirəcəyik və irəli aparacağıq”, - Tbilisi meri bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər