Papuaşvili: Hesab edirəm ki, Zurabişvilinin prezident vəzifəsində olmasının istənilən legitimliyi bitib
"Bir adam prezident vəzifəsini tutanda və polisə rus deyəndə, mən hesab edirəm ki, onun bu vəzifədə olmasının istənilən legitimliyi bitib".
InterPress.ge xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin “tvit”inə belə münasibət bildirib.
Papuaşvili Zurabişvilinin “speçnazlar" avropa gələcəyini müdafiə edən vətəndaşlara qarşı fəaliyyətə başlamağa hazırdırlar, Gürcüstan yenidən sovetləşməyə imkan verməyəcək” yazısına öz fikrini bildirib.
"Siz ölkə prezidenti vəzifəsini tutduğunuz halda gecə-gündüz, küləkdə, soyuqda, istidə gürcü xalqının təhlükəsizliyinin keşiyində dayanan gürcü polislərini necə rus adlandırırsınız? O, öz “Tweet”ində onlara “speçnaz” deyəndə və rusca ifadə işlətdikdə, gürcü polisinə qarşı rusca söz işlətdi.
Tezliklə Gürcüstan Polisi Günü olacaq və görəsən o, gürcü polislərinə ruslar deyəndə bu günü necə qeyd edəcək? Qalanları artıq uydurmadır. O, başqa vaxtlarda bu ölkəyə öz əsas mahiyyətini, münasibətini bildirirdi, dünən gürcü polisinə ruslar deyəndə də bunu xüsusilə ifadə etdi", - deyə o bildirib.


