Rustavi Şəhər Şurasının üç üzvü “Milli Hərəkat”ı tərk edib
Rustavi Şəhər Şurasının 3 üzvü “Milli Hərəkat”ı tərk edib.
InterPress.ge xəbər verir ki,Vaja Morqoşia məlumatı təsdiqləyib və bu barədə sosial şəbəkədə yazıb.
“Milli Hərəkat”ı tərk edənlər: Rustavi Şəhər Şurası sədrinin birinci müavini Aleksandre Beridze; Rustavi Şəhər Şurasının Məkan-Ərazi Planlaşdırma və İnfrastruktur Komissiyasının sədri Vaja Morqoşia və Rustavi Şəhər Şurasının “Vahid Milli Hərəkat Fraksiyası”nın sədri Zurab Beradzedir.
“Rustavi Sakrebulonun əksər deputatı Tinatin Lotsulaşvili 19-cu mikrorayonunda yerləşən futbol stadionu ilə bağlı yalan məlumat yayıb və bunun əsasında öz silahdaşları ilə birlikdə partiyanın rəhbərliyini çaşdırmağa cəhd edib, fraksiya sədrinə qarşı əsassız ittihamlar səsləndirilib
Biz bu insanların yaydıqları yalan məlumat və davranışa görə məsuliyyəti üzərimizdən götürürük, bunu Rustavi Bələdiyyəsinin Sakrebulo " Milli Hərəkat" fraksiyasına və partiyasına həvalə edirik”, – Vaja Morqoşia yazıb.


