15 
Apr
2024
14:07
217

Tələbələrin daha bir hissəsi parlament yaxınlığında keçirilən aksiyaya qoşulub

"Rusiyaya yox, biz Avropanı seçirik” – bu şüarla müxtəlif universitetlərin tələbələrinin daha bir hissəsi parlament yaxınlığında davam edən aksiyaya qoşulub.

InterPress.ge xəbər verir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirilən aksiyada tələbələr əllərində “Avropaya bəli!” "rus qanunlarına yox" yazılmış pankart qaldırıblar.

“Tələbələr rus qanunlarına qarşıdır”, “ayıbdır” plakatları da gətiriblər. 

“Ümumiyyətlə, bu qədər tələbənin səhər tezdən auditoriyadan çıxıb parlament qarşısında aksiyaya qoşulmaq qərarına gəlməsi gənclərin hakimiyyətin bu cür addımlarını qəbul etməyəcəkləri deməkdir. Mübarizə güzəştsiz olacaq”, - tələbə Niko Manaqadze deyib.

Məlumat üçün bildirək ki, Gürcüstan parlamentinin arxa girişində vətəndaş təşkilatları və media nümayəndələri aksiya keçirir. Aksiyada iştirak edənlər Hüquq Məsələləri Komitəsində birinci oxunuşda baxılan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər