15 
Apr
2024
08:57
918

Sərxoş gənclər arasında dava düşüb - Saxlanılanlar var

Rustavidə, mərkəzi prospektdə dava düşüb.

InterPress.ge xəbər verir ki, Meqobroba prospektində sərxoş vəziyyətdə olduğu ehtimal edilən gənclər qarşı-qarşıya gəlib.

Hadisə yerinə bir neçə polis briqadası səfərbər edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişi pozan 2 gənci inzibati qaydada saxlayaraq polis bölməsinə aparıblar.

 

Bizimlə əlaqə saxlayın