Gürcüstanın azərbaycandilli icmasının təşkilatları “Rus qanunu”ilə bağlı bəyanat yayıb
Gürcüstanın azərbaycandilli icmasının təşkilatları "rus qanunu"nun təkrar irəli sürülməsini qınayır .
InterPress.ge xəbər verir ki, bu barədə təşkilatlar bəyanat yayıb.
“Biz, Gürcüstanın azərbaycandilli icmasının təşkilatları və təşəbbüs qrupları Gürcüstan parlamenti tərəfindən ölkənin demokratik inkişafına və Avro-Atlantik istəklərinə xələl gətirən “rus qanunu”nun təkrar irəli sürülməsinə görə dərin narahatlığımızı ifadə edir və bu təşəbbüsü qınayırıq.
Hesab edirik ki, irəli sürülən “rus qanunu” azad vətəndaş cəmiyyəti təşkilatlarına və tənqidi mediaya, eləcə də Gürcüstanın hər bir vətəndaşına qarşı yönəlmiş bir təşəbbüsdür. Hakimiyyət medianı və azad vətəndaş cəmiyyətini damğalamaqla fərqli düşüncələri susdurmağa və ölkəmizin demokratik, iqtisadi və sosial inkişafı naminə çalışan birliklərin kökünü qazımağa çalışır. “Rus qanunu” insan hüquqlarının qorunmasına, vətəndaş inteqrasiyasına, etnik və dini müxtəlifliyin qorunmasına xüsusilə ağır zərbə vurur.
Biz, qəti şəkildə bu avtoritar təşəbbüsün əleyhinəyik və hakimiyyəti dərhal “rus qanunu”nu parlamentdən geri götürməyə çağırırıq. “Rus qanunu” insan ləyaqətinə, azadlığına, demokratik dəyərlərə və Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyinə ziddir. Demokratik cəmiyyətdə belə bir qanuna yer yoxdur."-bəyanatda bildirilib.
Bəyanata aşağıda göstərilən təşkilatlar və ictimai fəallar imza atıb:
Gündəlik-Gürcüstan
Mülki İştirak və Aktivizm Mərkəzi (CEAC)
Yeni Düşüncə İnstitutu
Pəncərə
Qaraçöp İcma Mərkəzi
Salam Platforması
Supta Ambavi
Vətəndaş Bərabərliyi Platforması
Qırmızı Körpü
Yaşıl Düşüncə
Aktual Media
Algeti İcma Mərkəzi
Gürcüstan Azərbaycanlıları Gənclər Birliyi
Ağməmmədli İcma Mərkəzi
Dmanisi İcmalarının İnkişafına Dəstək Mərkəzi
Vətəndaş İnteqrasiyası Fondu
Həmrəylik hərəkatı
Yeni yol
Həmrəylik Mərkəzi
Gənclik həyatı - Gürcüstan
Müxtəliflik məkanı
Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi
Qasımlı İcma Mərkəzi
“Biz” Uşaq Teatrı
Gənclər seçimi
Samira Bayramova


