Marneulinin İmir kəndində Ramazan bayramı qeyd olunub - FOTO
Ramazan bayramı münasibətilə Marneuli rayonunun İmir kəndində bayram tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir Hz. Məhəmməd Rəsulullah (s) məscidinin nəzdində fəaliyyət göstərən "Vilayət aşiqləri fondunun" dəstəyi ilə keçirilib.
Tədbirin aparıcısı Kərbəlayi Tural Huseynov tədbirin açılışı üçün Qurani-Kərimdən bir neçə ayə tilavət etmək üçün Kərbəlayi Fuad İsaevi dəvət edib.Daha sonra bayram təbriki və çıxış üçün məscidin axundu Kərbəlayi Elçin Məmmədov, İlahiyyatçı Hacı Kamran Məmmədov və Şulaveri sensavetliyi Mahir Məmmədov kürsüyə dəvət olunublar. Çıxışlarla bərabər tədbirdə dini ilahilər və şeirlər oxumaq üçün Seyyid Peyman Boradigahi, oğlu Seyyid Huseyin Boradigahi, Said Həsən və Kərbəlayi Vəliyə söz verilib. Sonda isə iştirakçılar üçün ehsan süfrəsi açılıb.
.jpeg)
.jpeg)


