10 
Apr
2024
11:42
229

Avtomobillərdən çıxan zərərli qazlara görə 7 ayda 4568 qanun pozuntusu aşkar edilib

2023-cü il sentyabrın 4-dən Gürcüstanın 4 böyük şəhərində - Tbilisi, Rustavi, Kutaisi və Batumidə avtonəqliyyat vasitələrinin emissiyalarına nəzarət həyata keçirilir.

InterPress.ge xəbər verir ki, məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Məlumata görə, qanunun qüvvəyə mindiyi gündən 2024-cü il aprelin 4-nə kimi idarənin səyyar briqadaları tərəfindən avtonəqliyyat vasitələrindən atmosferə atılan tullantıların müəyyən edilmiş normalarına əməl etmədiklərinə görə ümumilikdə 4568 fiziki və hüquqi şəxs cərimələnib.

Ən çox - 2107 cərimə Tbilisidə hərəkət edən sürücülərə/nəqliyyat vasitələrinin sahiblərinə tətbiq edilib; Departamentin əməkdaşları Kutaisidə 977, Batumidə 812, Rustavidə 672 qanun pozuntusu qeydə alıblar.

Cərimələnmiş 4568 qanun pozucusundan 3955-i fiziki, 613-ü isə hüquqi şəxsdir.

Onu da qeyd edək ki, avtomobil sürücülərinə 2767, mikroavtobus sürücülərinə 1575, yük maşını sürücülərinə 225, avtobus sürücüsünə 1 cərimə qəbzi tərtib edilib.

Fiziki şəxs üçün cərimənin məbləği birinci dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə isə 600 laridir. Hüquqi şəxs üçün cərimə 500, 1500 və 3000 lari təşkil edir. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalacaq.

Bizimlə əlaqə saxlayın