09 
Apr
2024
16:23
274

Rustavi Təhsil və İnteqrasiya Mərkəzində 9 Aprel faciəsi anılıb

Gürcüstanda 35 il əvvəl - 1989-cu ilin 9 Aprelində baş vermiş ağır faciədən – Qanlı bazar günündən 35 il ötür. Bu münasibətlə, paytaxt Tbilisi ilə birgə, Gürcüstanın bir çox bölgələrində müxtəlif tədbirlər keçirilir, həmin gecə amansızcasına qətlə yetirilən insanların xatirəsi ehtiramla yad edilir. 

Aprelin 7-də Rustavi Təhsil və İnteqrasiya Mərkəzində 9 Aprel gününə həsr olunmuş tədbiri Mərkəzin direktoru Raidə Dərziyeva açaraq, həmin gün həlak olan qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra, iştirakçılara Gürcüstanın azadlığa gedən yolda apardığı mübarizədən danışıb, qanlı faciənin xronologiyası haqqında ətraflı məlumat verib. Nəticədə aprelin 8-dən 9-nan keçən gecə sovet ordusu Tbilisidə Gürcüstanın müstəqilliyi uğrunda başlamış dinc nümayişi tanklardan və zəhərləyici qazlardan istifadə etməklə qəddarlıqla dağıdıb. 1989-cu il 9 Aprel faciəsi zamanı 21 nəfər həlak oldu, yüzlərlə insan yaralanıb. Sovet hökumətinin bu qeyri-insani davranışı Gürcüstanda milli azadlıq hərəkatının daha da alovlanmasına, xalqın müstəqillik uğrunda daha da fəallaşmasına səbəb olub.

Sonra çıxış edən şair-publisist Rafiq Hümmət həmin günlər şahidi olduğu bir çox hadisələrdən danışaraq, 9 Aprel gününün Gürcüstanın ictimai-siyasi tarixində müstəsna əhəmiyyətini qeyd edib, Gürcüstanda 9 Aprel tarixinin Milli Birlik Günü, həmçinin, müstəqillik uğrunda həlak olanların xatirə günü kimi qeyd olunduğunu vurğulayıb. 

Daha sonar natiqlər iştirakçıların həmin dövrlə bağlı bir çox suallarını cavablandırıblar. 

Aprelin 9-da Rustavi Təhsil və İnteqrasiya Mərkəzinin əməkdaşları Rustavi şəhərində 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzmüşlər.

Bizimlə əlaqə saxlayın