1+4 proqramı üzrə vahid milli imtahanlara hazırlaşan azərbaycandilli abituriyentlər üçün ödənişsiz sınaq imtahanı təşkil ediləcək
"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşəbbüsü və təşkilatçılığı ilə 1+4 proqramı üzrə vahid milli imtahanlara hazırlaşan azərbaycandilli abituriyentlər üçün ödənişsiz sınaq imtahanı təşkil ediləcək.
InterPress.ge xəbər verir ki, sınaq imtahanında 11-ci sinif şagirdləri,12-ci sinif şagirdləri və məzun abituriyentlər iştirak edə bilər.
Qeyd edək ki, bu il sınaq imtahanı Dmanisidə, Bolnisidə, Marneulidə, Qardabanidə, Rustavidə və Tbilisidə təşkil ediləcək.
20 və 21 aprel tarixlərində keçiriləcək sınaq imtahanı 20 aprel saat 11:00-da Bolnisidə, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində baş tutacaq. Dmanisi Tədris Mərkəzində 20 aprel saat 11:00-da, Alyans Gənclər Mərkəzində 20 aprel saat 11:00-da, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 21 aprel saat 11:00-da, Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 21 aprel saat 11:00-da, Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 21 aprel saat 11:00-da keçiriləcək.
"Sınaq İmtahanı-2024"-də iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək vacibdir, qeydiyyatdan keçməyən şəxslər imtahanda iştirak etmək hüquqdan yararlana bilməyəcəklər.
Qeydiyyat müddəti 17 aprel saat 17:00-kimi davam edəcək, imtahan günü şəxsiyyət vəsiqənizi (პირადობა) və ya doğum haqqında şəhadətnamənizi(დაბადების მოწმობა) özünüzlə aparmağınız tələb olunur. İmtahan müddəti ümumi 3 saat davam edəcək, hər fənn üçün 1 saat 35 dəqiqə vaxt ayrılacaq, ilk fənnə verilən vaxt bitmədən ikinci fənnə keçid mümkün olmayacaq.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid etməyiniz lazımdır
https://docs.google.com/forms/d/1O2F-xWJwcQmjNRGrah1HVFmlR1TrusOEDZEbNh9eEPg/edit
Əlaqə vasitələri
Telefon ;+995 571 24 24 87
Mail ; [email protected]
Facebook / clic2021
Instagram /caucasus_integration_center
Ünvan; Bolnisi ş, Sulxan-Saba Orbeliani №101
(Bolnisi meriyası ilə üzbəüz)


