06 
Apr
2024
20:45
301

GAİM -də “Beynalxalq İdman" gününə həsr olunmuş yarış keçirilib

Aprelin 6-da Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) "Beynalxalq İdman" gününə həsr olunmuş, özündə müxtəlif oyunları birləşdirən "şən startlar" yarış keçirilib.

InterPress.ge xəbər verir ki, yarış GAİM-in" təşkilatçılığı ilə həyata keçirilib.


Belə ki, "İdman sağlamlıqdır və sağlam bədəndə sağlam ruh olar" devizi ilə keçirilən bu yarışda 4 komanda, hər komandada 6 nəfər (3 qız, 3 oğlan) iştirakçı olmaqla bir-birləri ilə yarışıblar.

Məlumata görə, 8 müxtəlif oyundan ibarət olan yarışda ən çox bal toplayan Dmanis Tədris Mərkəzi komandası 1-ci yerə layiq görülüb.


 


 


 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər