04 
Apr
2024
14:50
242

Peskov: "Gürcüstanın xarici agentlərlə bağlı layihəsini Rusiya ilə əlaqələndirmək cəhdləri absurddur"

"Gürcüstanın xarici agentlərlə bağlı layihəsini Rusiya ilə əlaqələndirmək cəhdləri absurddur".

InterPress.ge xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov bildirib.

Onun sözlərinə görə, xarici agentlərlə mübarizə sistemini ilk ortaya qoyan ölkə Amerika Birləşmiş Ştatları olub.

“Biz müxalifətin bu cür planlara kifayət qədər kəskin reaksiyasını görürük. Amma ola bilsin ki, biz onlara rus layihəsi kimi baxmağa çalışmağın absurdluğunu izah edək. Bu bir faktdır ki, xarici agentlərlə mübarizə sistemini ilk ortaya qoyan ölkə Amerika Birləşmiş Ştatları idi və indi demək olar ki, bütün dövlətlər onlara qarşı mübarizə aparır”, - Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Rusiya Gürcüstanda sabit vəziyyətin saxlanmasında maraqlıdır.

 “Gürcüstan bizim qonşumuzdur. Gürcüstanda sabit və proqnozlaşdırıla bilən vəziyyətin olması bizim maraqlarımızdadır”, - Kreml sözçüsü bildirib.

Məlumat üçün bildirək ki, dünən parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər