03 
Apr
2024
11:56
254

"Xarici agentlər" qanun layihəsi yenidən fərqli adla parlamentə təqdim ediləcək

Parlament çoxluğu yenidən parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin təşəbbüskarı olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze partiyanın ofisində keçirdiyi brifinqdə məlumat verib.

O, qeyri-hökumət sektorunun maliyyələşdirilməsindən danışıb və bildirib ki, onların maliyyələşdirilməsinin 90%-dən çoxu qeyri-şəffaf olaraq qalır.

Mdinaradzenin qeyd etdiyinə görə, “parlament çoxluğu partiyanın siyasi şurası ilə məsləhətləşdikdən sonra xarici təsirin şəffaflığı haqqında qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarına gəlib”.

Onun sözlərinə görə, qanun layihəsi Gürcüstan parlamentinə keçən il təqdim edildiyi kimi eyni mətnlə, yeganə fərqlə - “xarici təsir agenti” ifadəsi əvəzinə "xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” ifadəsi ilə təqdim olunacaq,  bütün digər qeydləri dəyişməz qalacaq. 

"Xatırladırıq ki, qanun layihəsində yeganə tələb - xaricdən maliyyə alan təşkilatlar tərəfindən illik maliyyə hesabatının dərc edilməsi nəzərdə tutulur, onun pozulmasına görə yalnız maliyyə sanksiyaları nəzərdə tutulur. Bu, ictimaiyyət qarşısında hesabatlılığın və şəffaflığın minimum standartıdır", - deyə Mamuka Mdinaradze bəyan edib.

 

Bizimlə əlaqə saxlayın