03 
Apr
2024
09:57
205

Batumidə bir gündə 3 oğurluq hadisəsi qeydə alınıb

Batumidə bir gündə 3 oğurluq hadisəsi qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə "Adjara Times" məlumat yayıb və bildirib ki, Daxili İşlər Nazirliyi artıq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Nəşrin məlumatına görə, ilk hadisə Batumi bulvarında, Ardaqani gölünün yaxınlığında baş verib, iki oğlan gənc qızın çantasını oğurlayıb. Yoldan keçənlər soyğunçuları tutmağa çalışsalar da, heç bir nəticəsi olmayıb - "İnsanlar qışqırmağa başladılar, onları təqib etdik, tuta bilmədik. Xüsusilə də köhnə Batumi ərazisində oğurluq halları çox olur".

İkinci fakt “Maqnoliya” kompleksində qeydə alınıb, orada xarici vətəndaşın velosiped və ona birləşdirilən uşaq oturacağı oğurlanıb. 

Üçüncü oğurluq hadisəsi Mamiya Varşanidze küçəsində baş verib. Bu zaman soyğunçular avtomobili sındıraraq oradan bel çantası, şəxsi əşyaları və xarici ölkə vətəndaşlığını təsdiq edən sənədləri oğurlayıblar - "Mənim üçün çox vacib olan əşyalar və sənədlər oğurlanıb. Əgər qaytarılarsa, pul verməyə hazıram".

Daxili İşlər Nazirliyindən nəşrə bildiriblər ki, faktlarla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın