02 
Apr
2024
13:21
258

Rikoti tunelində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 143-cü km-də yerləşən Rikoti avtomobil tunelində (köhnə tunel) profilaktiki və təmizləmə işlərinin aparılması məqsədilə aprelin 3-dən aprelin 5-dək saat 01:00-dan saat 06:00-a kimi avtonəqliyyat vasitələrinin hərəkəti yolun hərəkət hissəsinin bir zolağında əks istiqamətdə həyata keçiriləcək.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.

Verilmiş məlumata əsasən, qeyd olunan müddət ərzində avtomobil yolunun Surami qovşağı-Zestaponi ( 132 km -200 km ) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

“Sözügedən rejimdə hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”- məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın