InterPress.ge xəbər verir ki, qəza Marneulinin Qızılhacılı kəndi hissəsində baş verib.
Məlumata görə, Toyota prius markalı avtomobil Mini Coper markalı avtomobili ötmə əməliyyatı yerinə yetirərkən Coper-ə dəyib və idarəetməni itirərək yol kənarındakı iki avtomobilə çırpılıb.
Qəza nəticəsində Toyotanın sürücüsü müxtəlif bədən xəsarətləri alıb, yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.



.jpeg)