01 
Apr
2024
08:08
308

"Gürcüstanda yoxsulluq iki dəfə azalıb" - Baş nazir

"Gürcüstanda yoxsulluq iki dəfə azalıb".

InterPress.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze bəyan edib.

Baş nazirin qeyd etdiyinə görə, iqtisadi artımla yanaşı, yoxsulluq daha da azalacaq.

Baş nazirin sözlərinə görə, hökumətin əsas vəzifəsi iqtisadi artımın yüksək tempini saxlamaqdır.

 “Bizdə olan məlumatlar hər şeyi deyir.

Yoxsulluğun azaldılmasına gəlincə, 2012-ci ildə yoxsulluğun səviyyəsi 1 milyon 100 min nəfər idi, [Xazaradze] və onun tərəfdaşı olan “Milli Hərəkat” partiyası biznes reketi ilə məşğul olanda 1 milyon 100 min nəfər yoxsulluq həddində idi. Bugünkü rəqəm 600 mindən aşağıdır. Bu o deməkdir ki, praktiki olaraq ölkəmizdə yoxsulluq iki dəfə azalıb. İqtisadi artımla yanaşı, bu rəqəm daha da azalacaq. Bizim əsas vəzifəmiz yüksək iqtisadi artım tempini saxlamaqdır.

Keçən ay bizdə 9,5% iqtisadi artım olub ki, bu da çox yüksək göstəricidir. Məqsədimiz bu tendensiyanı qorumaqdır. Belə şəraitdə ölkəmizdə yoxsulluq daha da azalacaq ki, bu da bizə ortamüddətli perspektivdə yoxsulluğu tamamilə aradan qaldırmağa imkan verəcək”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər