27 
Mar
2024
14:44
137

Pavel Herçinski: Genişlənmə ilə bağlı ilk hesabatda hakimlərin dürüstlüyünü yoxlamaq zərurətini görürük

"Tam müstəqil, tam peşəkar ədalət mühakiməsi sistemi bütün demokratiyaların əsaslarından biridir, buna görə də Avropa Komissiyası genişlənmə siyahısına daxil olan bütün ölkələrdə, eləcə də bütün üzv dövlətlərdə məhkəmə islahatlarını prioritet istiqamətlərindən birinə çevirib".

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski açıqlama verib.

Səfirin sözlərinə görə, məhkəmə sistemində islahatlar Avropa Komissiyasının Gürcüstan üzrə müəyyən etdiyi 9 addımdan biridir.

“Bu, həm də doqquz addımdan biridir. Ötən il Gürcüstanla bağlı hazırlanan və dərc olunan genişlənmə ilə bağlı ilk hesabata baxsanız, biz hakimlərin dürüstlüyünün yoxlanılmasının zəruriliyini görürük, bu, xarici ekspertlərin iştirakı ilə edilməlidir. Bunu necə etmək lazımdır, proses necə olmalıdır, gürcü həmkarları ilə birlikdə müzakirə etmək lazımdır. Biz genişlənmə yolunda olan digər ölkələrlə iş dövründən Avropa Komissiyasının artıq əldə etdiyi bütün lazımi yardım və təcrübəni bölüşməyə hazırıq. Məqsəd Gürcüstanda tam peşəkar, müstəqil ədliyyə sisteminə malik olmaqdır ki, Gürcüstan güclü demokratik ölkəyə çevrilsin”, - Herçinski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər