Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
Wizz air aviaşirkəti Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb.
InterPress.ge xəbər verir ki, yalnız bir həftəlik interval üçün - iyunun 10-dan iyunun 17-dək qiymət təxminən 3 dəfə artıb.
Aviaşirkətin saytında iyunun 10-na Kutaisi-Dortmund istiqamətində biletin qiyməti adambaşına 609 lari, iyunun 17-də isə 1375 laridir. İyunun 14-də Dortmunddan Kutaisiyə uçuşun qiyməti 319 lari, iyunun 21-də isə 1060 laridir.
Nəticədə məlum olur ki, futbol azarkeşləri üçün Gürcüstan-Türkiyə millisinin oyunu üçün Almaniyaya uçuş orta hesabla (indiki qiymətlərlə) 2435 lariyə başa gələcək.
Xatırladaq ki, Gürcüstanın futbol yığması tarixdə ilk dəfə Avropa çempionatında çıxış edəcək. Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin final oyununda Yunanıstan millisini məğlub edib. Hesabın taleyi penaltilər seriyasında həll olunub və o, Gürcüstanın xeyrinə başa çatıb - 4:2.