Dörd mənzildən oğurluq edən şəxs saxlanıldı
Kaxetidə oğurluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Ş.C. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Telavi şəhərində 4 mənzilə qanunsuz daxil olub, oradan qiymətli əşyalar və pul oğurlayıb.
İş üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində polis Ş.C. -ni təqsirləndirilən şəxs qismində saxlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mənzillərdən oğurlanmış əşyalar maddi sübut kimi götürülüb”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “q” bəndinə əsasən aparılır, bu bənddə mənzilə qanunsuz daxil olmaqla oğurluq faktı nəzərdə tutulur. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


