25 
Mar
2024
20:38
135

İsrail Baş Nazirinin Ofisi BMT-nin qətnaməsi ilə bağlı: “Bu qərar ABŞ-ın mövqeyindən açıq-aşkar uzaqlaşmadır və "Həmas"a ümid verir“

Benyamin Netanyahu bundan sonra müşavirlərini Vaşinqtona göndərməyəcək.
 

InterPress.ge xəbər verir ki, bu  barədə İsrail baş nazirinin ofisi bəyanat yayıb.

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoya bilmədiyi üçün Benyamin Netanyahu məsləhətçiləri Ron Dermer və Tzahi Heneqbinin Vaşinqtona səfərini ləğv edib.

İsrailin Baş Nazirlik Ofisi bəyanat yayaraq, ABŞ-ın qərarının İsrailin hərbi səylərinə və girovları azad etmək səylərinə zərər verdiyini bildirib.

“Bu qərar ABŞ-ın müharibə başlayandan bəri Təhlükəsizlik Şurasındakı ardıcıl mövqeyindən açıq-aydın uzaqlaşmadır və Həmas-a ümid verir ki, beynəlxalq təzyiqlər onlara girovlarımızı azad etmədən atəşkəsə nail olmağa imkan verəcək”, - bəyanatda deyilir.

Xatırladırıq ki, bu gün BMT Təhlükəsizlik Şurasının 14 üzvü Qəzza zolağında atəşkəslə bağlı qətnaməni dəstəkləyib, ABŞ isə bitərəf qalıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər