25 
Mar
2024
16:31
121

İrakli Kobaxidze: Gürcüstan regionumuzda sülhün və sabitliyin təmin olunması ilə bağlı proseslərdə öz müsbət rolunu oynamağa hazırdır

Gürcüstan regionumuzda sülhün və sabitliyin təmin olunması ilə bağlı proseslərdə öz müsbət rolunu oynamağa hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.

İrakli Kobaxidze ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı qoruyub saxlayacaq və nəhayət, lazımi razılaşma ilə başa çatacaq.

Bundan əlavə, Gürcüstanın baş naziri Nikol Paşinyanı Gürcüstana rəsmi səfərə dəvət edib.

“Biz regionda gedən proseslər barədə ətraflı danışdıq. Regionumuzun üzləşdiyi problemlərin həllində birgə səylərimizin vacibliyini vurğuladıq. Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikasını qoruyacaq və nəticədə müvafiq razılaşma ilə taclanacaq. Gürcüstan regionumuzda sülhün və sabitliyin təmin olunması ilə bağlı proseslərdə öz müsbət rolunu oynamağa hazırdır. Cənab Baş nazir, icazə verin, Sizə göstərilən səmimi qəbula görə minnətdarlığımı bildirim. Mən sizi bir daha Gürcüstana dəvət etmək istəyirəm, biz görüşümüz zamanı bu barədə danışdıq. Sizdən bir daha xahiş etmək istəyirəm ki, Gürcüstana gələsiniz. İkitərəfli, yüksək səviyyəli səfərlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini və bu gün tərəfdaşlığımızı xarakterizə edən yüksək dinamikanı qoruyub saxlamaq üçün bizim üçün çox vacibdir. Bizim vəzifəmiz ölkələrimizi gücləndirməkdir. Əlbəttə, bizim əməkdaşlığımız bu baxımdan çox mühüm rol oynaya bilər”, - deyə Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın