25 
Mar
2024
15:24
120

İraki Kobaxidenin Ermənistana rəsmi səfəri başlayıb

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Ermənistan Respublikasına rəsmi səfəri başlayıb.

InterPress.ge xəbər verir ki, bu, hökumət administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, İrəvan Zvartnots beynəlxalq hava limanında Gürcüstan hökumətinin başçısını Ermənistan Respublikasının baş nazirinin müavini Tiqran Xaçatryan, İrəvan meri Tiqran Avinyan və digər rəsmi şəxslər qarşılayıblar.

Ermənistan Respublikası hökumətinin iqamətgahında Gürcüstanın baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib. İrakli Kobaxidzeni Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan qəbul edib.

Təkbətək və geniş tərkibdə görüşlər planlaşdırılır, bundan sonra baş nazirlər mediaya birgə bəyanatlarla çıxış edəcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər