Gürcüstanda cinsiyyət dəyişdirmək qadağan edilə bilər
Hakim komanda konstitusiyaya dəyişikliklərə başlamağı planlaşdırır, çoxluq lideri deyir ki, bu dəyişikliklər ailə dəyərlərinə və yetkinlik yaşına çatmayanların müdafiəsinə yönəldiləcək.
InterPress.ge xəbər verir ki, Mamuka Mdinaradze “Gürcü Arzusu”nun təşəbbüs göstərməyi planlaşdırdığı 8 bəndi bu gün mediaya təqdim edib.
Qanunvericiliyə əsasən, yalnız 18 yaşına çatmış bir genetik kişi ilə bir genetik qadının birləşməsini nəzərdə tutan nikaha oxşar münasibət tənzimlənə bilər.
Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayanı övladlığa və ya himayədarlığa yalnız Gürcüstan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq nikahda olan ər-arvad və ya heteroseksual şəxslər götürə bilər. İnsanın cinsiyyətinin dəyişməsi ilə bağlı hər hansı tibbi müdaxilə qadağan edilə bilər. Həmçinin bu istiqamətdə bir sıra dəyişikliklər planlaşdırılır.
"Müxalifətin konstitusiya dəyişikliklərini dəstəkləyəcəyinə o qədər də ümidimiz yoxdur, lakin biz onun növbəti çağırış parlamentdə dəstəyini təmin etmək üçün hər şeyi edəcəyik”, - “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Mdinaradzenin sözlərinə görə, dəyişikliklər Gürcüstanın hazırkı Konstitusiyasına tam uyğun olacaq.


