21 
Mar
2024
18:12
173

Baş nazir həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın baş naziri İrakli Kobaxide həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Marneuliyə səfəri zamanı bildirib.

"Qardaşlar və bacılar! Baharın, canlanmanın, yeniliyin bayramı olan Novruz Bayramınız mübarək!

Şadam ki, bu sevinci yerli əhali ilə bölüşmək imkanım oldu. Gürcülərin və azərbaycanlıların bir-birinə xüsusi sevgi və məhəbbəti var. Biz Gürcüstanda yaşayan azərbaycanlılarla birlikdə ölkəmizin tarixini yaratmışıq, bugünkü uğurlarımızı biz yaratmışıq və xoşbəxt gələcəyimizi də yaradacağıq. Bizim bir-birimizə belə sevgi ilə bağlanmağımız böyük xoşbəxtlikdir.

Sizi bir daha Novruz Bayramı münasibətilə təbrik edir, sizə və hər birinizə ailə səadəti, xoşbəxtlik, xeyirxahlıq arzulayıram!", - deyə o bildirib

Nazir bayramla əlaqədar Marneulinin mərkəzi küçəsində təşkil olunmuş əl işlərindən ibarət sərgiyə baxıb, etnik guşəni ziyarət edib, həmçinin müxtəlif idman və mədəni tədbirlərdə iştirak edib.

 

Bizimlə əlaqə saxlayın