21 
Mar
2024
10:50
459

Baş nazir Marneuliyə gəlir

Baş nazir İrakli Kobaxidze Novruz bayramı ilə əlaqədar Marneuliyə gəlir.

InterPress.ge-nin məlumatına görə, baş nazir Marneuliyə səfəri zamanı Novruz şənliyinin keçirildiyi ərazidə sərki çadırlarına baş çəkəcək, daha sonra Novruz tonqalını alovlandıracaq.

Belə ki, sonda baş nazir səhnəyə çıxaraq Novruz bayramı münasibətilə təbrik çıxışı edəcək.

Qeyd edək ki, bu gün Marneulidə geniş təntənəli Novruz şənliyi keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər