20 
Mar
2024
14:37
227

Nazir: "Erkən nikahlar, yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı cinayətlər, qadınlara qarşı zorakılıq, ayrı-seçkilik cinayətləri baxımından mühüm addımlar atılıb"

İnsan Hüquqlarının Müdafiəsi və İstintaqın Keyfiyyətinin Monitorinqi Departamenti tərəfindən ötən il erkən nikah, yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlər, qadınlara qarşı zorakılıq, ayrı-seçkilik və dözümsüzlük cinayətləri kimi sahələrdə mühüm addımlar atılıb.

InterPress.ge xəbər verir ki, bu barədə daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı bildirib.

Vaxtanq Qomelauri qeyd edib ki, Daxili İşlər Nazirliyinin Akademiyası İnsan Hüquqlarının Müdafiəsi və İstintaqın Keyfiyyətinin Monitorinqi Departamenti ilə birlikdə müstəntiqlərin ixtisasının artırılması üçün kurslar hazırlayıb.

“Xüsusilə diqqətəlayiq haldır ki, uzaqlaşdırıcı order və risklərin qiymətləndirilməsi üzrə yenilənmiş alət tətbiq edilib, elektron nəzarətin tətbiqi standartı dəyişdirilib. Tövsiyələrin icrası ilə bağlı sənəddə qeyd olunan mexanizm Avropa Komissiyası tərəfindən müsbət qiymətləndirilib. Ailədə və qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə İnsan Hüquqları Departamenti tərəfdaş qurum və təşkilatlarla birgə ötən il bir sıra məlumatlandırma kampaniyaları və tədbirlər həyata keçirib".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər