18 
Avq
2020
11:54
593

Gürcüstanda bu gün yoluxanlar haqda açıqlama verildi

"Koronavirusun 10 yeni halından yalnız biri tibb işçisidir".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlayıb.

Onun sözlərinə görə, son 24 saat ərzində Koronavirusdan 6 xəstə sağalıb.

"Koronavirusun 10 yeni halı əlavə edildi və bununlada virus daşıyıcıları ölkə miqyası ilə 1351 nəfəri təşkil edir. Koronavirusun təsdiqlənmiş 10 yeni halından biri Lengeri kəndinə, biri isə Kobuleti də fəaliyyət göstərən Havana barının əməkdaşıdır. Xəstələrdən biri virusdaşıyıcısı ilə təmasda olan, 4-ü isə xaricdən daxilolmadır, onlardan biri yük avtomobili sürücüsüdür, biri tibb işçisidir, 2-nin isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır. Covid mərkəzlərdə 256 xəstə müalicə alır. 6-nın vəziyyəti kritikdir. Yoluxucu xəstəliklər mərkəzinə gəldikdə isə mərkəzdə 34 virusdaşıyıcısı müalicə alır. Onlardan 3 nün vəziyyəti ağırdır", - dedi Ezuqbaia.

Bizimlə əlaqə saxlayın