20 
Mar
2024
12:20
233

Gürcüstandan İsrailə qüsurlu embrionlar göndərilib

İsrail polisi xəstə embrionlarla bağlı işi araşdırır.

InterPress.ge xəbər verir ki, araşdırmaya görə, tərkibində genetik qüsur olan embrionlar Gürcüstandan İsrailə aparılıb.

Bu qalmaqallı işdə iki həkim saxlanılıb, onlar ağır xəstəlik yaymaqda ittiham olunublar, lakin girov müqabilində sərbəst buraxılıblar.

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, Gürcüstandan göndərilən embrionlarda hemofiliya B geni olub. Tədqiqat materialları Münhen laboratoriyasına göndərilib. İndi İsrail polisi Gürcüstanda araşdırma aparır.

Bu halda ortaya çıxan klinika Batumidə yerləşir və yayılan məlumatla bağlı rəsmi açıqlama verməyi planlaşdırırlar.

Bizimlə əlaqə saxlayın