Tbilisidə "Novruz Festivalı" keçiriləcək
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının təşəbbüsü, Tbilisi meriyasının, eləcə də Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Tbilisi şəhərinin mərkəzində, Abanotubani küçəsində (Heydər Əliyev parkının yanı) Novruz Bayramı keçiriləcək.
InterPress.ge xəbər verir ki, tədbir 20 mart 2024-cü il tarixində saat 13:00-da başlayacaq, saat 18:00-dək davam edəcək.
Bayram şənliyində Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın Gürcüstandakı səfirlikləri də öz xalqlarının Novruz ənənələrini nümayiş etdirəcəklər.
Novruz Bayramı şənliyində Aşıq Nargilə, “Sarvan” rəqs qrupu, Xırdalan Musiqi Məktəbinin ansamblı, eləcə də “Ceyran”, “Buta”, “Çıraqdani”, “Qvirila” ansamblları, müğənnilər Nikos Bandi, Oto Bazeraşvili, Dito Kitsişvili, həmçinin bir çox digər ifaçılar da çıxışlar edəcəklər.


