Marneulidə Novruz Bayramı tədbiri keçiriləcək
21 mart tarixində,Marneuli bələdiyyəsində yerli özünüidarəetmənin təşkilatçılığı ilə Novruz Bayramı qeyd olunacaq.
InterPress.ge xəbər verir ki, bayram tədbiri Meriya binasının yerləşdiyi ərazidə, Mədəniyyət Mərkəzinin qarşısındakı parkda baş tutacaq.
Tədbirin cədvəli isə aşağıdakı kimidir:
12:00 -Teatrlaşdırılmış tamaşalar: Rustaveli küçəsində yürüş, Bahar Qızının faytonla gəlişi, "Su Çərşənbəsi", "Od çərşənbəsi", "Yel Çərşənbəsi", "Torpaq çərşənbəsi";
12:40 - Novruz Bayramının rəmzlərindən biri olan tonqalın ənənəvi alovlandırılması mərasimi;
13:00 - Tbilisinin Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə tamaşa: Novruzun simvolu kimi tanınan qəhrəmanlar, Bahar qızı, Kosa - Keçəl və Dədə Qorqut obrazlarını canlandıracaqlar.
Bayram tədbiri çərçivəsində sərgi pavilyonları, uşaq əyləncə məkanları, attraksionlar, animatorların şousu təşkil olunacaq, eyni zamanda: yerli rəssamların əsərləri, əl işləri, qənnadı məmulatlar təqdim olunacaq, güllərin sərgi-satışı keçiriləcək, ənənəvi yeməklərin, şirniyyatların və çayın dadına baxılacaq;
Bayram proqramı çərçivəsində gürcü güləşi, qol güləşi və oxatma üzrə idman fəaliyyətləri keçiriləcək.
Konsert proqramı:
13:00 - Tina Nargilə və yerli ifaçılar;
13:45 - Leon dueti
14:15 - Dəvət olunmuş müğənni Vəfa Şərifova.


