Gürcüstan XİN işğal olunmuş ərazilərdə prezident seçkilərinin keçirilməsini pisləyib
Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstanın işğal olunmuş ərazilərində Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsini və yerli əhalinin kütləvi şəkildə cəlb edilməsi məqsədilə seçki məntəqələrinin qanunsuz açılmasını pisləyir.
InterPress.ge xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Bu hərəkət beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına tamamilə məhəl qoymayan Rusiya Federasiyası tərəfindən Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bir addımdır.
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərini dayandırmağa və Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması da daxil olmaqla, beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır.
Gürcüstan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Rusiyanın işğal olunmuş ərazilərdə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş növbəti qanunsuz hərəkətlərinə lazımi qiymət verməyə və cavab verməyə çağırır”.


