16 
Mar
2024
14:39
214

İrakli Kobaxidze Azərbaycan Respublikasında rəsmi səfərdədir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasında rəsmi səfərdədir.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Heydər Əliyev adına beynəlxalq hava limanında Gürcüstan hökumətinin başçısını Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqulba sarayında təkbətək görüşdə qəbul edəcək, bundan sonra liderlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısının Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşü keçiriləcək.

Baş nazir nümayəndə heyəti ilə birlikdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcək, “Əbədi məşəl” abidəsi önünə əklil qoyacaq.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İliya Darçiaşvili daxildir.

Bizimlə əlaqə saxlayın