Olaf Şolz: “Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə edəcəyik”
"Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya maliyyə yardımı üçün istifadə edəcəyik"
InterPress.ge xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Berlində Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu gün hər zamankından daha çox birliyimiz gücümüzdür və digərlərindən daha çox üç ölkəmiz, Almaniya, Polşa və Fransanın üzərinə xüsusi məsuliyyət düşür. Biz bütün dünya bazarlarında Ukrayna üçün daha çox silah alacağıq”, - Şolz bildirib.
Almaniya kansleri həmçinin müttəfiqlərlə birlikdə Ukrayna üçün uzunmənzilli artilleriya koalisiyasının yaradıldığını elan edərək, Veymar üçlüyü ölkələri (Almaniya, Fransa, Polşa) Ukraynaya hərbi dəstək məsələsində daha da sıx əməkdaşlıq haqqında razılığa gəliblər.
Fransa prezidenti Emmanuel Makron isə öz növbəsində qeyd edib ki, üç ölkə birlikdə, sadiq olaraq qalır və Rusiyanın qalib gəlməsinə heç vaxt imkan verməmək və Ukrayna xalqını sona qədər dəstəkləməkdə qərarlıdır.


