15 
Mar
2024
23:16
252

Baş nazir Azərbaycana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb.

Gürcüstan hökumətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqulba sarayında qonaq  edəcək, daha sonra  liderlər mediaya müsahibə verəcək.

“Rəsmi səfər çərçivəsində Gürcüstanın baş naziri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşəcək.
Gürcüstan nümayəndə heyəti Azərbaycanın ümummilli liderinin xatirəsini ehtiramla yad edəcək, “Əbədi məşəl” abidəsini əklillə bəzəyəcək.
Gürcüstanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və xarici işlər naziri İliya Darçiaşvili olacaq”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər