Marneulidə "Hüquq-mühafizə və məhkəmə sistemində etnik azlıqların üzləşdiyi problemlər" mövzusunda ictimai müzakirə keçirilib
Martın 15-də “Marneuli və Bolnisi bələdiyyələrində hüquq-mühafizə və məhkəmə sistemi haqqında ictimaiyyətin məlumatlılığının artırılması” layihəsi çərçivəsində Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) təşkilatçılığı ilə USAİD ofisində "Hüquq-mühafizə və məhkəmə sistemində etnik azlıqların üzləşdiyi problemlər" mövzusunda ictimai müzakirə keçirilib.
InterPress.ge xəbər verir ki, “Marneuli və Bolnisi bələdiyyələrində hüquq-mühafizə və məhkəmə sistemi haqqında ictimaiyyətin məlumatlılığının artırılması” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda hüquqların müdafiəsi monitorinqi və vəkillik imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində alınan qrantla həyata keçirilir.
“Məhkəmə sisteminə və hüquq-mühafizə orqanlarına bərabər çıxış demokratik cəmiyyətin ən mühüm prinsiplərindən biridir. Məhkəmələrə və hüquq-mühafizə (polis) orqanlarına çıxış məsələsi Gürcüstan və Avropa İttifaqı arasında bağlanmış assosiasiya sazişinin ən mühüm prioritetidir. Eyni prinsiplər Assosiasiyanın 2021-ci il gündəliyində bəyan edilib və ayrı-seçkiliyin azaldılması üzrə BMT-nin 10-cu Davamlı İnkişaf Prinsipinə birbaşa aiddir”, - Rəşan Ziadəliyev bildirib.
“Çoxsaylı araşdırmalar göstərir ki, etnik azlıqların kifayət qədər daxil edilməməsi məsələsi Gürcüstanda hələ də aktualdır, o cümlədən müəyyən dövlət xidmətlərinə və ədalət mühakiməsinə bərabər çıxış imkanı. Əhəmiyyətli problem cəmiyyətin hüquqi şüurunun və maarifləndirilməsinin səviyyəsidir, o cümlədən ədalət mühakiməsinə çıxış və hüquq-mühafizə orqanları ilə ünsiyyətdə dil baryeri, dövlət qurumlarında müxtəlif problemlər, habelə hüquqi maarifləndirmənin aşağı səviyyəsidir”- Rəşan Ziadəliyev əlavə edib.
İctimai müzakirədə hüquq müdafiəçisi Samirə Bayramova və tərcüməçilər bürosunun əməkdaşı Naşir Orduxanov çıxış ediblər. Həmçinin ictimai müzakirədə ictimai müdafiəçi və vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyaların üzvləri, vətəndaş fəalları və gənclər iştirak
Layihə Niderlandın Helsink Komitəsi, Hert məktəbi, İnsan Hüquqları Mərkəzi və Gürcüstan Demokratiya Təşəbbüsü tərəfindən həyata keçirilir.
.jpeg)


