Marneuli Bələdiyyə Məclisinin komissiyasının sədri daşınmaz əmlak və sahibkarlıq fəaliyyətini tam bəyan etdirməyib
Marneuli Bələdiyyə Məclisinin komissiyasının sədri Vasil Xaxulaşvili 2024-cü ildə doldurulmuş əmlakın vəziyyəti haqqında bəyannamədə sahibkarlıq fəaliyyətini göstərməyib və daşınmaz əmlakı tam əks etdirməyib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Beynəlxalq şəffaflıq - Gürcüstan” yayıb.
QHT-nin məlumatına görə, Xaxulaşvili dörd şirkətdə biznes səhmlərinə sahibdir, bunların heç biri bəyannamədə əksini tapmayıb.
I pozuntu: Xaxulaşvili dörd şirkətdə biznes səhmlərinə malikdir, heç biri bəyannamədə əksini tapmayıb. Maraqlıdır ki, o, 2022 və 2023-cü il bəyannamələrində də sahibkarlıq fəaliyyətini qeyd etməyib:
Ai Gas - 25%
Ai Gas+ - 50%
Gas 555 - 49%
Gas 555+ - 49%
II pozuntu: Xaxulaşvili idarəetmə hüququ ilə sahib olduğu biznes səhmlərini üçüncü şəxsə verməyib ki, bu da korrupsiyaya qarşı mübarizə qanununun birbaşa pozulması deməkdir.
III pozuntu: Vasil Xaxulaşvili bəyannamədə ona məxsus daşınmaz əmlakı tam təsvir etməyib. Xüsusilə, Marneuli şəhərində ona məxsus olan 1400 və 1460 kvadratmetrlik torpaq sahələrini göstərməyib.
O da maraqlıdır ki, 2016-cı ildə Xaxulaşvili və biznes ortağı Giorgi Koyava “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasına 20-20 min lari bağışlayıblar.
Gürcüstanın korrupsiyaya qarşı mübarizə qanununa əsasən, Vasil Xahulaşvili Marneuli Bələdiyyə Məclisinin komissiyasının sədri kimi əmlak statusu bəyannaməsində bu məlumatları tam əks etdirməyə borcludur.
“Beynəlxalq şəffaflıq - Gürcüstan” Vasil Xahulaşvilinin bəyannaməsində aşkar edilmiş pozuntuları öyrənmək və qanuna uyğun cavab vermək üçün Gürcüstan Korrupsiyaya Qarşı Mübarizə Bürosuna müraciət edir.


