Bu ilin fevral ayında təsis edilmiş Rustavi Təhsil və Mədəniyyət Mərkəzi aprel ayından ödənişsiz kurslara başlayır.
InterPress.ge xəbər verir ki, kurslar aşağıdakı fənlər üzrə keçiriləcək:
Azərbaycan dili
Gürcü dili
İngilis dili
Qeyd edək ki, kurslar həftədə 2 dəfə, 2 saat müddətində keçiriləcək.
Kurslar 5-12 sinif şagirdləri üçün nəzərdə tutulur və qeydiyyat 31 marta kimi davam edəcək. Qeydiyyatdan keçmək üçün forumu doldurmağınız vacibdir
https://docs.google.com/forms/d/12_UshJGmlF5TCAEi2gjG82VrfCxuqEmmN4bGf2z-j18/edit
Əlaqə vasitələri
Telefon ; 555 26 94 94 (Whatsapp)
Mail; [email protected]
Ünvan ; Rustavi ş. 19-cu mkr, 13-cü evin qarşısı
