Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

ABŞ Ukraynanın işğal olunmuş ərazilərində seçkilərin keçirilməsini pisləyir

374
ABŞ Ukraynanın işğal olunmuş ərazilərində seçkilərin keçirilməsini pisləyir
Dinləmək üçün basın

Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində saxta seçkilər keçirməklə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozmaq cəhdlərini pisləyir.

Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində saxta seçkilər keçirməklə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozmaq cəhdlərini pisləyir.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

"ABŞ suveren Ukraynada keçirilən saxta seçkilərin legitimliyini və ya nəticələrini heç vaxt tanımayacaq. Aydın olması üçün deyək: Luqansk, Donetsk, Zaporojye, Xerson və Krım Ukraynadır”, - Metyu Miller bildirib.

Onun sözlərinə görə, bu hərəkət Rusiyanın beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə açıq şəkildə məhəl qoymadığını bir daha təsdiqləyir.

“Birləşmiş Ştatlar azad dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə xələl gətirən hərəkətlərə görə məsuliyyət daşıyanları, o cümlədən Ukraynanın işğal olunmuş ərazilərində Kremlin saxta seçkilərini izləməyə çalışanları məsuliyyətə cəlb etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”.

Xatırladırıq ki, Rusiyada prezident seçkiləri davam edir. İlhaq edilmiş Krımda və Şərqi Ukraynanın işğal olunmuş ərazilərində “seçkilər” keçirilir. Kiyev müvəqqəti olaraq işğal olunmuş ərazilərdə yaşayan və ya Rusiya Federasiyasının ərazisində qalmağa məcbur olan ukraynalıları “Rusiya Federasiyasının prezidentinin “psevdoseçkisində” iştirak etməməyə” çağırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →