15 
Mar
2024
13:37
295

İlya Darçiaşvili: XİN rəhbərlərinin görüşü regional əməkdaşlığın effektiv mexanizmlərindən biridir

"Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü regional əməkdaşlığın səmərəli mexanizmlərindən birinə çevrilib".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili üç ölkənin xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Bu gün biz regional imkanları və çağırışları müzakirə etdik, həmçinin əməkdaşlığımızı daha da genişləndirməyə hazır olduğumuzu bildirdik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sülhlə bağlı irəliləyişə nail olunmasında maraqlıdır və bu istiqamətdə dialoqa çağırır:

“Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq. Bundan başqa, Gürcüstan Yaxın Şərqdə sülhün əldə olunmasının tərəfdarıdır”.

İ.Darçiaşvili deyib ki, tərəflər xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər